Qubada şadlıq sarayına gedən toy karvanı qəzaya düşdü - FOTO
01
avq
2019
15:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb. Şadlıq sarayı istiqamətində hərəkət edən toy karvanının önündə gedən "Niva" markalı avtomobilə qarşı tərəfdən yüksək sürətlə gələn "VAZ-2107" markalı avtomobil çırpılıb. Nəticədə, 2-si qadın olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Xəsarət alanlar, rayonun Üçgün kənd sakinləri- Qəmbər Babayev (1966), Sahibə Babayeva (1966), Küpçal kənd sakinləri- Sənubər Səfərova, Alim Qədirov (1984), Qələdüz kənd sakinləri- Təranə Əlixanova (1961), Tərlan Əlimirzəyevdir (1992).Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, müvafiq şöbələrə yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda mikroavtobus qəzaya uğradı – YARALILAR VAR
Bakı-Qazax avtomobil yolunda mikroavtobusun qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, Qazax istiqamətində ged...