Qubada polisin qanunsuz pul yığması iddiasına DİN-dən reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Qubada polis tərəfindən iaşə obyektlərindən qanunsuz pul yığılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov “qafqazinfo”ya bildirib ki, məlumatlar həqiqəti əks etdirmir:
“Cəmil Məmmədli adlı şəxsin özünün feysbuk sosial şəbəkəsindəki profilində Qubada polis tərəfindən iaşə obyektlərindən qanunsuz pul yığılması ilə bağlı etdiyi paylaşım böhtan xarakterlidir və həqiqəti əks etdirmir.
Cari ilin fevral ayı ərzində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təyin olunmuş qaydaları pozaraq fəaliyyət göstərən ümumilikdə 5 fakt aşkarlanıb.
Həmin obyektlərin sahibləri qanunvericiliyin tələblərinə uyğun olaraq hər biri 3000 manat və qeyd olunan 34 müştərinin də hər biri 200 manat miqdarına inzibati qaydada cərimə olunublar.
Görünür, həmin obyekt sahiblərindən hansısa qərəzli olaraq belə uydurma məlumat yaymaqla polisin adına ləkə yaxmağa cəhd edir”.
Oxşar xəbərlər
DİN-dən rəis müavininin din xadimindən pul istəməsi haqqında AÇIQLAMA
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədovun rayonda yas mərsasiminin keçirilməsi üçün pul tələb etməsi id...