Qubada insan sümükləri tapılıb
Quba rayonunun Rustov kəndində insan sümükləri aşkarlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, son günlər müşahidə olunan güclü yağış nəticəsində Rustov kəndində kiçik torpaq sürüşməsi baş verib.
Nəticədə kənd məscidindən bir qədər aralıda yolun kənarında insana məxsus kəllə və çanaq sümükləri üzə çıxıb.
Faktla bağlı araşdirma aparılir.
Xatırladaq ki, 2007-ci ildə Quba şəhər stadionunda tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun mütəxəssisləri tərəfindən aparılan tədqiqat nəticəsində məlum olub ki, buradaki insan sümükləri 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən yerli sakinlərə məxsusdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasi, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə 2013-cü ildə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaradılıb.
Qalereya
Oxşar xəbərlər
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisind...