Qubada doğuş zamanı ana və körpəsinin ölümünə rəsmi REAKSİYA - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Pasiyent tibb müəssisəsinə daxil olarkən kritik ağır - aqonal vəziyyətdə olub.
BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a Quba Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Məlumata görə, 17.10.2022-ci il tarixində saat 01:30-da təcili tibbi yardım avtomobili ilə 1981-ci il təvəllüdlü 34-35 həftəlik hamilə olan Q.P. Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Regional Perinatal Mərkəzinə yerləşdirilib. Pasiyent tibb müəssisəsinə daxil olarkən kritik ağır - aqonal vəziyyətdə olub.
Mərkəzin Qəbul bölməsinə yerləşdirilən xəstəyə həkim heyəti tərəfindən ilkin tibbi yardım göstərilib. İlkin müdaxilə zamanı pasiyentdə hemorragik şok, uşaqlığın çapığının cırılması və onun bətnində ölü döl olduğu məlum olub. Pasiyentə göstərilən bütün tibbi xidmətlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***09:49
Qubada doğuş zamanı ana və körpəsi ölüb
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Quba Regional Perinatal Mərkəzdə qeydə alınıb.
Belə ki, Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Pərzad Firudin qızı Qasımova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ukraynadan Azərbaycana təxliyyə olunan hamilə qadın vaxtından əvvəl körpə dünyaya gətirib
Rusiya-Ukrayna münaqişəsi səbəbilə yaşadığı Xarkov şəhərindən çətinliklərlə 9 günə Azərbaycana yol gələn və vətənə çatar-çatmaz koronavirusa yoluxaraq vəziyyəti...