Qoyun otararkən özünü güllələdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qax rayonunda qoyun otaran kişi özünü güllələyib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Baydarlı kəndi ərazisində baş verib.
46 yaşlı kənd sakini Rasim Amin oğlu Məmmədov kənd ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən R.Məmmədovun vəziyyəti qənaətbəxşdir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...