Qonşusunun evindən qızıl oğurladı, satıb əyləndi

Zaqatala Rayon Polis Şöbəsinə Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkmişin qonşusu Əli Rəsulov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, oğurladığı qızılları rayonda yerləşən qızıl-zinət mağazasına satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Əylənmək üçün 3 evdən zinət əşyalarını oğurladı - VİDEO
Zaqatalada 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Z...