Qohumunun evinə qonaq getdi, maşınını qaçırdı, həbsə düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda evinə qonaq getdiyi qohumunun VAZ-21011 markalı, 57-BP- 926 dövlət qeydiyyat nişanlı avtomobilini qaçıran şəxsə hökm oxunub.
BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, 1977-ci il təvəllüdlü Qazax rayon sakini Azər (şərti) uzaq qohumluq əlaqəsi olan 1986-cı il təvəllüdlü Yevlax sakini Mahirin evinə qonaq gedib. Azər evdən çıxaraq Ziya Bünyadov prospekti, 2-ci keçiddə nəqliyyat yolunun kənarında Mahirə məxsus avtomobilə yaxınlaşıb. Bu zaman avtomobilin qapılarının açıq, açarlarının üzərində olduğunu görüb və qərara gəlib ki, maşının yerini dəyişib, bir az irəlidə saxlasın. Daha sonra Mahirə xəbər vermədən avtomobili sürməyə başlayıb.
Azər digər qohumlarının yaşadığı Binəqədi rayonu, Xocəsən qəsəbəsinə yollanıb və maşını orada saxlayıb. Bir qədər sonra Mahir avtomobilin saxladığı yerdə olmadığını görüb və qaçırıldığı düşünərək DİN-nin “102” xidmətinə məlumat verib. Maşın polis tərəfindən tapılaraq Mahirə təhvil verilib.
Məhkəmənin qərarı ilə Azər Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...