Qohumunu bıçaqlayan “Prius” sürücüsü saxlanıldı - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.
İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub.
Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub.
Araşdırmalar davam etdirilir.
***08:12
Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə çox saylı xəsarət yetirməsinin təfərrüatı məlum olub.
BAKU.WS xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.
1998-ci il təvəllüdlü Vəliyev Əli Gündüz oğlu “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşərkən onu sürücü bıçaqlayıb.
Yaralı sol diz və sol kürək nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ə.Vəliyevi bıçaqlayan onun qaynıdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə qohumlar arasında şəxsi münasibətlər zəminində baş verib.
“Hadisəni törədən şəxs məlumdur. Hazırda müvafiq ekspertiza işləri aparılır”, - deyə DİN-in məlumatında qeyd edilib.
Oxşar xəbərlər
Anasının qəssabla münasibətindən şübhələnən gənc bıçağa əl atdı - TƏFƏRRÜAT
Beyləqanda qətlə cəhd hadisəsi törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Nurlan Ataşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf....