Qohumlar arasında dollar kreditinə görə dava düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunda oğlan əmisi və arvadını döyüb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Ülvi Babayev əmisi Aqil Babayevin adına dollarla kredit götürüb və devalvasiyaya baxmayaraq banka pulu tam ödəyib. Dollara görə vətəndaşa kompensasiya qaytarılan zaman A.Babayev və onun həyat yoldaşı Mənzurə Sarıyeva Ü.Babayevə pulu qaytarmayıblar.
Nəticədə onlar arasında mübahisə baş verib. Ü.Babayev əmisini və onun həyat yoldaşını döyərək müxtəlif bədən xəsarətləri yetirib.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə məlumat daxil olub:
“Məlumatla bağlı Goranboy RPŞ-də müvafiq araşdırmalar həyata keçirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Oxşar xəbərlər
Hamilə arvadını döydü, yandırdı, zorla qeyri-təbii yolla əlaqəyə girdi və... - Bakıdakı DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI
Bakıda qadına təcavüz etməkdə təqisirli bilinən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.2015-ci ildə Sabunçu rayonu Zabrat qəsəbəsində Rüfə...