Qoçuluq edib söyüş söyən sürücü nəzarətə götürüldü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
90-UN-149 qeydiyyat nişanlı "Opel" markalı avtomobillə Saray qəsəbəsində yol hərəkəti qaydasını pozan sürücünün Quliyev Araz Səfər oğlu olduğu bilinib.
BAKU.WS avtosfer.az-a istinadla xəbər verir ki, materiallar Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırılıb.
Baş verən hadisə Sumqayıt şəhərinin inzibati ərazisi sayıldığı üçün materiallar Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə təhvil verilib.
Həmin şəxsin saxlanılması və barəsində tədbir görülməsi üçün araşdırmalara başlanılıb. Araşdırma nəticəsində məlum olub ki, sürücü hadisədən bir neçə saat sonra guya haradasa yıxılaraq xəsarət alıb və bununla bağlı Travmotologiya xəstəxanasında müalicə olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...