Qobustanda müəllim direktora zor tətbiq edib? - RƏSMİ CAVAB

Qobustanda müəllim direktora zor tətbiq edib? - RƏSMİ CAVAB
Video
Hadisə 98

Sosial şəbəkələrdə Qobustan rayonunun Ərəbşahverdi kənd orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən görüntülər yayılıb. Həmin video ilə bağlı araşdırma aparılıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin 2025-ci oktyabrın 30-da baş verdiyi məlum olub.

"Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə təhsil müəssisəsi rəhbərinin müvafiq əmrinə əsasən, həmin müəllim barəsində intizam tənbehi tədbiri görülüb.

Bununla yanaşı bildiririk ki, təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsi, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin düzgün idarə olunması, təhsilverənlərin nüfuzunun yüksəldilməsi vacib istiqamətlərdəndir və bu məsələlər daim diqqətdə saxlanılır", - deyə məlumatda qeyd edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Mülk üstündə qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Mülk üstündə qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Gəncədə qətl hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Q. Ə. Şıxlinski küçəsində qeydə alınıb. Belə ki, 1997-ci il təv...

38 Hadisə 23:58 11 iyun 2026

Son xəbərlər