Qızıl mağazasında öldürülən azərbaycanlının kimliyi bilindi
Marneuli bazarında güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.
"Qafqazinfo" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, aldığı güllə xəsarətlərindən ölən şəxsin 27 yaşlı Sahib Bayramov olması müəyyənləşdirilib.
Hadisəni törədən şəxsin görüntüləri də yayılıb. Onun əlində tapança ilə qızıl mağazasına doğru irəliləməsi görüntülərdə əks olunub.
Xatırladaq ki, dünən Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu güllələnib. Silahlı insident qızıl mağazasında qeydə alınıb.
Ağır yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb. Atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
Ata-oğulun özlərinə məxsus zərgərlik mağazasında güllələndikləri bildirilir.
Hadisəni törədərək oradan qaçan şəxsin kimliyi araşdırılır.
Fotoda: Sahib Bayramov
Qalereya
Oxşar xəbərlər
Ağstafada avtoqəza olub, xəsarət alanlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb. Belə ki, "Ford" tranzit ma...