“Qırmızı kitab”a düşmüş minlərlə bitkini xaricə aparmaq istədi

01
apr
2023
23:53
“Samur” gömrük postunda saxlanılan “Mercedes-Benz” markalı TIR-dan “Qırmızı kitab”a düşmüş külli miqdarda budaqlı danaya bitkisi aşkar edilib.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiyaya gedən Zöhrab Əliyevə məxsus yük maşınına baxış keçirilərkən ümumilikdə 127 200 ədəd danaya bitkisi müəyyən edilib. Bitkilərin ölkədən çıxarılmasına icazə verilməyib və toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, budaqlı danaya bitkisindən gülçülük sahəsində geniş istifadə edilir.
Oxşar xəbərlər
"Samur" gömrük postunda niyə sıxlıq var? - AÇIQLAMA
Son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin nisb...
