Qəzada həlak olan hərbçimiz yeni ata olubmuş
30
dek
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda hərbçinin həlak olduğu yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişən 2003-cü il təvəllüdlü Səbuhi Əliyev yeni ata olubmuş.
Belə ki, o, ötən həftə dünyaya göz açan körpəsini və həyat yoldaşını Qazaxdan xidmət etdiyi hərbi hissənin şəhərciyinə gətirmək üçün doğma rayonuna yollanıbmış.
Faciəvi hadisə də bu zaman baş verib. S.Əliyev MAXE kimi xüsusi təyinatlıların sıralarında xidmət edirmiş. Səbuhi dünən Qazax rayonunun Qaymaqlı kəndində torpağa tapşırılıb.
Qalereya
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.