Qəlyan xidməti göstərən obyektlər aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində elan edilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Lənkəran şəhəri ərazisində yerləşən “Mayak” otel-restoranda və rayonun Şirinsu kəndində yerləşən bir çay evində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halları aşkarlanıb.
Karantin qaydalarının pozulduğu həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Müştərilərə qəlyan təklif etmək kafe sahibinə baha başa gəldi - VİDEO
Paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb. BAKU.WS Daxili İşlər Nazirliyinə istinadən xəbər ve...