Qəbiristanlıqdan oğurluq edənlər tutulub - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş 1500 manat dəyərində dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ata Məmmədli, Orxan Orucov və Ağa Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, onlar daha üç məzardan 2500 manat dəyərində dəmir barmaqlıqlar oğurlayıblar. Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Maşın almaq üçün yığdığı pul oğurlandı - VİDEO
Bakıda məhəllərdən birində fəaliyyət göstərən kiçik mağazadan külli miqdarda pul və ərzaq məhsulu oğurlanıb. BAKU.WS "xezerxeber.az"-a istinadən xəbər verir ki,...