Qəbiristanlıqda silah-sursat tapıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 19-da Xaçmaz rayonunun Üryanoba kəndində xidmət aparan polis əməkdaşları tərəfindən qəbiristanlıq ərazisində hərbi sursatlar aşkar olunub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumat nazirliyin “112” qaynar telefon xəttinə ötürülüb və dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri cəlb olunub.
Sursatlara birgə baxış keçirilərkən 1290 ədəd 7,62 çaplı güllə, 134 ədəd 5,45 çaplı güllə, 6 ədəd avtomat darağı, təlim üçün nəzərdə tutulmuş 70 ədəd UZRQM zapal, təlim üçün nəzərdə tutulmuş 20 ədəd “F-1” əl qumbarası, təlim üçün nəzərdə tutulmuş 4 ədəd “TM-62” tank əleyhinə mina, təlim üçün nəzərdə tutulmuş 7 ədəd TM partladıcısı, təlim üçün nəzərdə tutulmuş 3 ədəd “KOMZ” piyada əleyhinə mina, 3 ədəd döyüş tətbiqinə yararsız “TEREM 7m” işıq bombası və 2 ədəd “ŞOAB” aviabombanın bombacığının olduğu müəyyən edilib.
Təlim üçün nəzərdə tutulan sursatlar aidiyyəti üzrə təhvil verilib, 2 ədəd “ŞOAB” bombacığı isə zərərsizləşdirilməsi üçün təhlükəsizliyi təmin edən xüsusi texnika vasitəsilə pirotexniklər tərəfindən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qalereya
Oxşar xəbərlər
“Ruhlar şəhərində” ölümə bir addım - REPORTAJ - VİDEO
Səfər edəcəyimiz yer 30 ildən sonra mənfur düşmən Ermənistan tərəfindən işğaldan azad edilən Ağdam rayonu idi. “Həyəcanlı deyildim” desəm, yalan olardı. Çünki b...