“Qəbələ”nin yeniyetmə futbolçuları Gəncədə döyülüblər

“Qəbələ”nin yeniyetmə futbolçuları Gəncədə döyülüblər
Hadisə 135

Futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında xoşagəlməz hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər.

İnsidentə səbəb isə matç zamanı “Qəbələ” futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum edib. İnsident zamanı “Qəbələ”nin futbolçularından Ş.R və Ə.G ciddi xəsarət alıblar.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...

Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...

Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...

536 Hadisə 18:44 08 iyun 2023

Son xəbərlər