"Səbail" - "Kəpəz" oyununda insident baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasında IV turun "Səbail" - "Kəpəz" oyununda qalmaqal baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, insident 71-ci dəqiqədə yaşanıb. Baş hakim Tural Qurbanov qonaq komandanın futbolçusu Rauf Əliyevi təhqirə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
O, dördüncü hakimin xəbərdarlığından sonra bu addımı atıb. Qərarla razılaşmayan 33 yaşlı hücumçu referi ilə mübahisə edib. Əliyev onu söydüyünü iddia edən dördüncü hakim Namiq Bəkirova kənardan eşitdiyi təhqirə cavab verdiyini bildirib. Lakin baş hakimin qərarı dəyişməyib.
Futbolçu meydançanı tam tərk etməyərək, kənarda oyuna baxmaöa başlayıb. Referi onu oradan da uzaqlaşdırıb.
Qeyd edək ki, hazırda "Səbail" "Kəpəz"ə qalib gəlir - 3:1.
Oxşar xəbərlər
Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı - Azərbaycanda ŞOK HADİSƏ
Zorlamada təqsirli bilinən Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olan 1988-ci il təvəllüdlü Namiq Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad v...