Qəbələdə yol qəzasında 1 nəfər ölüb - FOTO

31
may
2023
08:57
Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində “Volkswagen” markalı 90-SO-259 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirib və ağaca çırpılıb.
Qəza nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər ağır yaralanıb.
Xəsarət alanlar Qəbələnin Zarağan qəsəbə sakinləridir və rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralanan şəxslər dünyasını dəyişən sürücünün həyat yoldaşı və nəvəsidir.

Oxşar xəbərlər
Paytaxtda narkotik aludəçisi olan taksi sürücüləri saxlanılıb
Ötən gün Bakının Sabunçu rayonunda keçirilən reyd zamanı dörd nəfərin narkotik vasitənin, iki nəfərin isə spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi...