Qəbələdə qardaş qardaşı güllələyib

01
iyl
2020
17:37
Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A. Rəhimov ölüb.
Hadisəni törədən şəxs saxlanılıb.
Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Oxşar xəbərlər
Salyanda arvad və 4 qızın öldürüldüyü qətlin sirri - ŞOK TƏFƏRRÜAT (FOTO)
Salyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3 il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə Əliyeva və 4 qızı - İradə, Rəqibə, S...
