Qəbələdə kişi həmkəndlisini dəhnə ilə öldürüb
16
iyn
2025
09:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələdə qətl hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə dünən 19.00 radələrində Solquca kəndi ərazisində baş verib.
Kənd sakini 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.
Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimallara görə, hadisə söyüş üstündə baş verib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...