Qəbələdə dağlıq ərazidə yıxılaraq xəsarət alan 50 yaşlı kişi təxliyə olunub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən BAKU.WS-ə bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər köməksiz vəziyyətdə qalan R.İbrahimova yerində ilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Oxşar xəbərlər
Kənddə qandonduran faciə: "Gizli silahlar var idi, dedilər, qaçın"
Bağanıs Ayrım faciəsindən 36 il keçir. 24 mart 1990-cı il bir kəndin tarixi yaddaşına qara hərflərlə yazılıb. Martın 23-dən 24-nə keçən gecə bir ailənin 5 üzvü...