Qəbələdə 17 yaşlı oğlan atasının avtomobili ilə 2 nəfəri vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Mirzəliyev Rafael Cuma oğlu atasına məxsus 03-BC-988 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən iki piyadanı - kənd sakinləri, 1995-ci il təvəllüdlü Musazadə Musa Nüsrət oğlu və 1992-ci il təvəllüdlü Mehdizadə Əlfəddin Ağamehdi oğlunu vurub. Hər iki şəxs Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, M. Musazadə Azərbaycan İlahiyyat İnstitutunun tələbəsidir. Ə. Mehdizadə isə rayonda şirkətdə çalışır. Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Ağcabədidə 23 yaşlı gənc “ə” müraciətinə görə bıçaqlandı
Ağcabədidə cinayət hadisəsi baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə fevralın 26-da, saat 15 radələrində rayonun Salmanbəyli kəndi ərazisin...