Qəbir üzərində təhqiredici hərəkətlər edən şəxs tutuldu

Qəbir üzərində təhqiredici hərəkətlər edən şəxs tutuldu
Hadisə 1341
Azərbaycanda qəbirləri təhqir edən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə cari il mart ayının 31-də Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən qəbristanlıqda 2 qəbirin sinə daşı və 50 qəbirin ətrafına quraşdırılmış mərmərdən olan güldanların sındırılması,7 qəbirin kənarına bərkidilmiş süni güllərin qopardılması və 1 qəbir daşının üzərinə qoyulmuş təbii güllərin ətrafa tullanılması barədə müraciət daxil olub.Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanıb.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə C.Nəcəfli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ağcabədidə BİABIRÇILIQ -  84 yaşlı qadının pula görə döydülər

Ağcabədidə BİABIRÇILIQ - 84 yaşlı qadının pula görə döydülər

Ağcabədidə 84 yaşlı qadın döyülərək evi soyulub.DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, “102 - Zəng Mərkəzi” Xidmətinə fevralın 2-nə keçən gecə...

671 Hadisə 16:44 08 fevral 2019

Son xəbərlər