Qazıntılar zamanı silah-sursat tapıldı

Qazıntılar zamanı silah-sursat tapıldı
Hadisə 593

Gəncədə silah-sursat tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, “102-Zəng Mərkəzi”nə müraciət edən Gəncə şəhər sakini S.Verdiyev yaşadığı Ə.Nəzmi küçəsindəki evin həyətində qazıntı işləri apararkən silah-sursat tapdığını bildirib.

Məlumatla əlaqədar dərhal Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Hadisə yerinə baxış zamanı 1 ədəd F-1, 1 ədəd RQ-42 və 1 ədəd DM-41 qumbarası, 2 ədəd UZRQM və 1 ədəd DM-41 markalı partladıcı, habelə 112 ədəd müxtəlif çaplı patron (paslanmış vəziyyətdə) tapılaraq ANAMA-nın əməkdaşlarına təhvil verilib.

BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər