Qazaxda su anbarında batan şəxsin meyti tapılıb - YENİLƏNİB 2
Qazaxda su anbarında batan şəxsin meyti tapılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü M.Haqverdiyevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***17:10
Qazaxda su anbarında batan şəxsin kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ağstafa Su anbarının rayonun Bala Cəfərli kənd ərazisinə düşən hissəsində batan şəxs Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğludur.
O Qazaxda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimindən sonra ailəsi ilə birgə Bala Cəfərli kəndinə gedib və su anbarında çimən zaman batıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Axtarışlar davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***16:44
Qazaxda bədbəxt hadisə baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb.
Ailəsi ilə birgə istirahətə gedən şəxs göldə çimən zaman batıb.
Onun şəxsiyyəti hələ məlum deyil, axtarışlar davam edir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ: Xəstəxanaya yerləşdirilənlərin sayı durmadan ARTIR - YENİLƏNİB-3
Ağstafada toyda zəhərlənən şəxslərin sayı yenidən artıb. "Report"un məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy məras...