Qazaxda məhkəmə qərarı ilə saxlanılan şəxsə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax rayonunda məhkəmə qərarı ilə saxlanılan şəxsə narkotik keçirilməsinin qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Bildirilib ki, Qazax rayon sakini, 35 yaşlı Maral Osmanova Qazax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan tanışı Elvin Mansurova geyim və digər gigiyenik əşyalar gətirib. Polis əməkdaşları əşyaları yoxlayan zaman nəm salfet qutusunun içərisindən 1 ədəd bükümdə, narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...