Qazaxda iki minik avtomobili toqquşub - 2 ölü, 1 yaralı var
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Hərəkətdə olan iki minik maşını toqquşib. Nəticədə 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, qəzada yaralanan və həyatını itirənlərdən birinin şəxsiyyəti müəyyənləşib. Qəzada 26 yaşlı Qasımov Cövdət Fikirət oğlu yaralanıb, 26 yaşlı Xəlilov Elvin Ziyarət oğlu ölüb. Qəzada həyatını itirənlərdən digərinin şəxsiyyəti müəyyənləşdirilir.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli qəza: 6 qohum bir maşında öldü (VİDEO)
Lənkəranda minik və yük avtomobilləri toqquşub, dəhşətli qəzada 6 nəfər ölüb.Hadisə Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən k...