Qazaxda dəhşət - 27 yaşlı gəlin güllələndi (VİDEO)
15
apr
2018
09:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda güllələnmə hadisəsi olub.İnsident Yuxarı Salahlı kəndində baş verib. 27 yaşlı Mehriban Məsimova gecə saatlarında yaşadığı evdə güllələnib.Xəsarət alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Əməliyyata alınan Mehriban Məsimovanın bədəninin müxtəlif nahiyələrindən 4 ədəd metal qırma çıxarılıb.Yaxınlarının dediyinə görə, hadisə qadının yaşadığı evdə gecə 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəşlə baş verib. Mehriban Məsimova rayonun Aslanbəyli kəndindən Yuxarı Salahlıya 4 il əvvəl gəlin köçüb.Oğuzda isə bədbəxt hadisə nəticəsində gənc oğlan ölüb. Hadisə rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb.Kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Bəxtiyar oğlu İsmayılov yüksəklikdən yıxılaraq aldığı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb.Müayinə zamanı Cavid İsmayılovun öldüyü məlum olub.Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümüm dəqiq səbəbləri məlum olacaq.Hər iki Faktla bağlı araşdırma aparılır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Qazaxda 25 yaşlı gəlin güllələnib
Qazax rayonunda güllələnmə hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci...