Qazaxda 22 yaşlı oğlan ürəyindən bıçaqlanaraq öldürüldü - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax rayonunda həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, bu 2000-cı il təvəllüdlü Nəsimi İsmayılovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
***22:04
Qazax rayonunda qətl hadisəsi törədilib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun İkinci Şıxlı kəndində baş verib. Kənd sakini 1999-cu il təvəllüdlü Mansurov Novruz Ferruz oğlu ürək nahiyyəsindən bıçaqlanıb.
Ağır vəziyyətidə xəstəxanaya aparılan 22 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.
Hələki, hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...