Qazax sakinində narkotik aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda yerli sakində narkotik aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna məlumat daxil olub.
Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Nadir Bayramov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada, narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Gəncədə narkotik satan şəxs saxlanılıb - FOTO
Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qara bazarda qiyməti təx...