Qaz sızması partlayışa səbəb oldu - Xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Samux rayonunda qaz sızması nəticəsində fərdi mənzillərdən birində partlayış baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Sərkar kəndində baş verib.
Hadisə zamanı evdə olan şəxslərdən biri, 24 yaşlı Cəlal Qurbanov ağır yanıq xəsarəti ilə ilk olaraq Samux rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yaralı reanimasiya şöbəsinə yerləşdilib, onun vəziyyəti ağırdır.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...