Qayınatasını öldürən şəxs dəlixanaya göndərildi

Qayınatasını öldürən şəxs dəlixanaya göndərildi
Hadisə 618
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını öldürməkdə təqsirləndirilən Mehman Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Məhkəmə M.Balayevin qətli anlaqsız vəziyyətdə törətdiyini əsas gətirərək, onun məcburi müalicəyə göndərilməsi barədə qərar qəbul edib.Qeyd edək ki, hadisə ötən il dekabr ayının 9-da Qubanın ikinci Nügədi kəndində baş verib.1979-cu il təvəllüdlü Mehman Fərhad oğlu Balayev bir neçə ay öncə atası evinə küsüb gedən həyat yoldaşını görmək adı ilə qayınatasıgilə gedib.Qayınatası 1961-ci il təvəllüdlü Heybətov Heybətlə kürəkəni M.Balayev arasında mübahisə başlayıb. Münaqişə böyüyüb və kürəkən qayınatasına bıçaqla zərbələr endirib.Yaralı halda olan H.Heybətov Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, o ölüb.M.Balayev isə polis əməkdaşları tərəfindən saxlanılıb.Ailənin birgə nikahdan iki azyaşlı övladı var.M.Balayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda arvadını bıçaqlayan şəxs məhkəmədən azadlığa buraxılıb

Bakıda arvadını bıçaqlayan şəxs məhkəmədən azadlığa buraxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Mehman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS APA-ya istinadl...

484 Hadisə 13:45 17 sentyabr 2019

Son xəbərlər