Qaxda qəza: Motosiklet sürücüsü öldü
28
sen
2024
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qax rayonunda motosiklet qəzaya uğrayıb, sürücü ölüb.
"Report"un məlumatına görə, hadisə səhər saatlarında Zəyəm kəndi ərazisində qeydə alınıb.
Belə ki, Qax rayonunun Qarabaldır kənd sakini, 31 yaşlı Sənan İdrisli idarə etdiyi motosikleti aşırıb. O, qəza nəticəsində başından ağır xəsarətlər alıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Sənan İdrislinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var
Gəncədə motosiklet "BakuBus" sərnişin avtobusu ilə toqquşub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində baş verib. Belə ki, 2004-c...