Qaxda dağlıq ərazidə torpaq sürüşməsi olub
Yeniliklərdən dərhal xəbərdar olun
Qax rayonunda torpaq qatı Mamırlı şəlaləsinə gedən yola tökülüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ləkit kəndində baş verib.
Belə ki, Ləkit kəndindən 800 metr aralıda yerləşən dağdan gələn torpaq qatı Ləkit çayına tökülüb və şəlaləyə gedən yolu bağlayıb. Nəticədə çaya tökülmüş torpaq çayda balaca göl yaradıb. Bundan başqa, hadisə nəticəsində Ləkit kəndinə gələn içməli su boruları da zədələnib.
Ərazi üzrə bələdiyyə sədrinin müavini Abdulla Kazımov bildirib ki, əvvəllər də həmin ərazidə torpaq sürüşmələri qeydə alınıb:
"Bu dəfə baş vermiş torpaq sürüşməsi daha iri həcmli idi. Əraziyə dərhal texnika cəlb olunaraq yol açıldı, çayda torpaq qatı təmizlənərək suyun maneəsiz hərəkəti təmin olundu. Zədələnmiş su xətləri isə bərpa olunaraq kəndin içməli su problemi də öz həllini tapıb. Qeyd edim ki, həmin ərazi təbiət abidəsi olan Mamırlı şəlaləsinə gedən ərazidir. Şəlalə ərazisində bu vaxtlar hərəkət az olsa da, yay fəslində xeyli turist olur".
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...