Qaxda baş verən qəzada Türkiyə vətəndaşı xəsarət alıb - FOTO

Qaxda baş verən qəzada Türkiyə vətəndaşı xəsarət alıb - FOTO
Foto
Hadisə 60

Qaxda xəsarətlə nəticələnən yol qəzası olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, yol qəzası şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla “Lexus” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Türkiyə vətəndaşı, 1998-ci il təvəllüdlü Muhammed Sağlam yaralanıb.

O, müxtəlif dərəcəli xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər