Qaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Qaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Foto
Hadisə 53

Qaxda avtomobil ağaca çırpılıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Qax-Zaqatala avtomobil yolunda, Güllük kəndi ərazisində baş verib. Sərnişin daşıyan "Mercedes-Vito" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan iki nəfər Balakən sakini - 17 yaşlı Günel Samir qızı Göylərova və 38 yaşlı Elvin Cavanşir oğlu Telliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaxda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər