Qax ərazisində güclü yanğın başlayıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qax rayonunda yanğın başlayıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qaxın ərazisindən keçən hissəsindəki kolluq ərazilərdə baş verib. Hadisə ilə əlaqədar avtomobillərin hərəkətində çətinlik yaranıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.
Yanğının baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Oxşar xəbərlər
"EuroHome”dakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB-1
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi...