Qatarla toqquşub, 2 nəfərin ölümünə səbəb olan avtobus sürücüsü - FOTO

04
okt
2018
08:32
Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyevin fotoları üzə çıxıb. BAKU.WS-in məlumatına görə, sosial şəbəkə istifadəçisi olan sürücünün fotoları qısa zamanda internetdə yayılıb. Avtobusun sürücüsünün bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiyi üçün məhkumluq həyatı yaşadığı bildirilir. Bununla yanaşı, qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.Hadisə nəticəsində 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər isə dünyasını dəyişib. Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. BAKU.WS




Oxşar xəbərlər
Ağır qəzada xəsarət alanların son vəziyyəti ilə bağlı AÇIQLAMA
Xəzər rayonunun Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində yaralanan şəxslərin müalicələri davam edir.BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyind...
