Qatarın altında qalaraq ölən Bədəlin xeyir işi olacaqmış - Ağdaşdakı faciənin TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 29-da Ağdaş rayonu ərazisində Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı 1995-ci il təvəllüdlü Bədəl Məzahir oğlu Kərimlini vurub. Bədbəxt hadisə nəticəsində həyatını itirən Vətən müharibəsi iştirakçısı barədə yeni detallar məlum olub.
Baku TV-nin məlumatına görə, həmin gün Bədəl Kərimli otlaq sahələrinə heyvanlarını gətirmək üçün gedirmiş.
"Otlaq sahələri orada imiş. Gedibmiş ki, heyvanlarını gətirsin. Orada da bu hadisə baş verib. Özümüz də şokdayıq. 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Evin tək uşağı olub. Nə bacısı var, nə qardaşı. Özümüz də xeyir işə hazırlaşırdıq", - mərhumun qohumu deyib.
"Kəndin yaxınlığında dəmir yolu xətti keçir. Onun o biri tərəfindəki torpaqlardan örüş sahəsi kimi istifadə olunur. Heyvanlarını da səhər oraya aparıb, axşam da gətirirlər. Hadisə də həmin vaxt olub", - deyə kənd sakini bildirib.
Xatırladaq ki, Vətən müharibəsi iştirakçısı olan Bədəl Kərimli "Xocavəndin azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib. Mərhum ailənin tək övladı idi.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...