Qapısı sınıb, divarı tökülür - Xırdalan məktəbi ilə bağlı ŞİKAYƏT
Xırdalan şəhərində yerləşən 2 saylı tam orta məktəb təmirsiz vəziyyətdədir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə övladı orada təhsil alan valideyn məlumat edib.
Şikayətçi bildirib ki, məktəbin təmir olunacağı illərdir vəd edilsə də, real nəticə yoxdur.
Valideynlərin iddiasına görə, məktəbin vəziyyəti tədris üçün əlverişsiz hal alıb. Məktəbin qapıları sınıb, sinif otaqları köhnəlib, sanitar qovşaqlar isə istifadəyə yararsız vəziyyətdədir.
"Hər yeni tədris ilindən əvvəl təmir vəd olunsa da, məktəbin şəraiti dəyişmir. Bu isə həm şagirdlərin sağlamlığına, həm də tədrisin keyfiyyətinə mənfi təsir göstərir", - deyə valideyn vurğulayıb.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyatı quruma məlumat vermişik. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
Qalereya
Oxşar xəbərlər
Məşhur müğənni təyyarə qəzasında həlak olub
Kolumbiyanın Paypa şəhərində baş verən təyyarə qəzasında məşhur müğənni Yeison Ximenes də daxil olmaqla altı nəfər həyatını itirib. Hadisə 10 yanvar, yerli vaxt...