Qalmaqallı iş adamı “Hacı Mazan”ın ayaqları tutuldu
11
okt
2018
15:09
Öz adamları ilə birgə vətəndaşın evinə hücum edən "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun ayaqları tutulub.BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, uzun müddətdir şəkərli diabet xəstəliyindən əziyyət çəkən "Hacı Mazan”ın səhhətində ciddi problemlər yaranıb.Ramazan Zeynalov bir neçə dəfə ayağından əməliyyat olunub. İş adamı yeriməkdə çətinlik çəkdiyi üçün xəstəxanaya yerləşdirilib.Məsələ ilə bağlı açıqlama verən Ramazan Zeynalov ayağında problem olduğu üçün xəstəxanada müalicə aldığını bildirib. Xatırladaq ki, “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Ramazan Zeynalovun ölkədən çıxışına qadağa qoyulub. Hadisədə iştirak edən digər iki şəxs də R.Zeynalov kimi ölkəni tərk edə bilməyəcək.“Hacı Mazan” dövrü mətbuatda qalmaqallı şəxslərdən hesab olunur. O, daima xoşagəlməz məsələlərlə gündəmə gəlir. Adı narkoticarətdə hallanan Ramazan Zeynalov bir neçə gün öncə jurnalistə təzyiq göstərməsi ilə diqqət çəkmişdi.BAKU.WS
Oxşar xəbərlər
“Hacı Mazan”ın ölkədən çıxışına qadağa qoyuldu - VİDEO
"Hacı Mazan” ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalovun ölkədən çıxışına qadağa qoyulub.BAKU.WS BakuPost-a istinadən xəbər verir ki, buna səbəb biznesmenlə...