“Hacı Mazan”ın ölkədən çıxışına qadağa qoyuldu - VİDEO

“Hacı Mazan”ın ölkədən çıxışına qadağa qoyuldu - VİDEO
Video
Hadisə 3116
"Hacı Mazan” ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalovun ölkədən çıxışına qadağa qoyulub.BAKU.WS BakuPost-a istinadən xəbər verir ki, buna səbəb biznesmenlə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işinin başlanmasıdır. Belə ki, bir müddət əvvəl biznesmen işçiləri ilə birlikdə ona məxsus binada yaşayan sakinin evinə hücum edib. İstintaq onun bu əməlini xuliqanlıq kimi qiymətləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.Bu maddəyə görə, təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir."Hacı Mazan”la yanaşı hadisədə iştirak edən adamlarının da ölkədən çıxışına icazə verilmir.Xatırladaq ki, "Hacı Mazan" və adamları Binəqədi rayonunda "İnam Bayram" MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.BAKU.WS

Oxşar xəbərlər

“Hacı Mazan” yerin altına “bomba” basdırıb?

“Hacı Mazan” yerin altına “bomba” basdırıb?

Qalmaqalları məşhur olan və "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun daha bir qanunsuz əməli üzə çıxıb. BAKU.WS BakuPost-a istinadən xəbər verir ki...

3395 Sosial 15:31 24 sentyabr 2018

Son xəbərlər