Qadın keçmiş ərinə qoşulub qaçdı, qan düşdü – Azərbaycanda kütləvi dava
17
yan
2019
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 00:30 radələrində Sabirabad rayonunun Qaragüney kəndində bıçaqlanma hadisəsi baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü yerli sakinlər - Məmmədov Tofiq Heybət oğlu və onun 1968-ci il təvəllüdlü qardaşı Məmmədov Rafiq Heybət oğlu bıçaq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.Hər iki qardaş bədənlərinin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla əməliyyat olunublar.Hadisənin digər iştirakçıları - Qaragüney kənd sakinləri, 1950-ci il təvəllüdlü Abbasov Eldar Abbas oğlu və 1983-cü il təvəllüdlü Nağıyev Sənan Sabir oğlu da müxtəlif bədən xəsarətləri ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər. Davaya qadının keçmiş ərinə qoşularaq qaçması səbəb olub.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Mikroavtobus “KamAZ”la toqquşdu - 6 qadın, 2 kişi yaralandı
Sabirabad rayonunda mikroavtobus yük maşını ilə toqquşub.“Report” Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi...