Qadını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısında
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda qadını qətlə yetirməkdə təqsirləndirilən Mehdi Həsənovun məhkəməsi başlayır.
BAKU.WS "report"a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim İslam Neymanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin martında Cəlilabad rayonunda qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü M.Həsənov birgə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1973-cü il təvəllüdlü Südabə Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qətlə yetirib.
M.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...