Qadına tanışlıq məqsədilə mesaj yazan polislə bağlı araşdırmalara başlanıldı

Qadına tanışlıq məqsədilə mesaj yazan polislə bağlı araşdırmalara başlanıldı
Hadisə 3683

Dünən sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib.

"Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək" - məlumatda bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər