Qadın sosial şəbəkədə 60 nəfəri aldatdı, DİN hərəkətə keçdi - VİDEO

Sosial şəbəkələrdə dələduzluq edən qadın peyda olub.
BAKU.WS Unikal-a istinadla xəbər verir ki, Qasımova Vüsalə Rizvan qızı “TikTok” sosial şəbəkəsində insanlara lotereya oynamağı təklif edib.
O, həmin şəxslərin hər birindən 200 manat alsa da, vəd etdiyi pulu ödəməyib. Həmin qadının 60 nəfərə yaxın şəxsin pulunu aldıqdan sonra sosial şəbəkə hesablarını bağladığı, nömrəsini isə dəyişdiyi bildirilir.
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən qadınla bağlı araşdırmalara başlayıb.
Bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, araşdırmalar yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
