Qadın işlədiyi gözəllik salonunda QƏFİL öldü - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda 51 yaşlı qadının ölümü ilə bağlı təfərrüat məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü İlhamə Məmmədova sahibkar imiş.
O, həmin gözəllik salonunu uzun müddətdir icarəyə götürmüşdü. Məlumata görə, qadın bir neçə gün əvvəl işçilərinə özünü yaxşı hiss etmədiyini, arabir ağrıları olduğunu deyib.
Dünən isə günorta saatlarında o, iş yerində olarkən işçilərə yenidən ağrı hiss etdiyini deyib. Günün ikinci yarısında qadının halı qəfil pisləşib və o yıxılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə qədər qadın dünyasını dəyişib.
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.