Qadın hotel sahibinin əl-qolunu bağladı və ... – “Newport hotel”də DƏHŞƏT – VİDEO
28
iyl
2019
10:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə hotel sahibi vəhşicəsinə öldürülüb.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Fatihdə “Newport hotel”ində baş verib.Əslən Əfqanıstandan olan Türkiyə vətəndaşı, 62 yaşlı Abdulsamih Endican qətlə yetirilib.Onun meyidi əlləri və ayaqları bağlı halda iş otağından tapılıb.Hotel işçiləri müdirləri ilə uzun vaxt əlaqə saxlaya bilməyiblər. Müdiri axtarmağa başlayıblar. Onun otağı bağlı olub.Abdulsamih Endicanın evi ilə əlaqə saxladıqda, onun evdə olmadığını öyrəniblər. Bu zaman müdirin otağının qapısını sındırıblar.
Otaqdan Abdulsamih Endicanın cəsədini tapan işçilər polisə məlumat veriblər.Araşdırmalar zamanı hotel sahibinin əlləri və qollarını bağlayıb döyüldüyü, sonradan isə yastıqla boğulduğu məlum olub.Keçirilən əməliyyat zamanı A.Endicanı öldürən şəxs tutulub. Saxlanılan şəxsin qadın olduğu deyilir. Hadisənin intiqam məqsədilə törədildiyi ehtimal edilir.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Türkiyədə azərbaycanlı fahişələr saxlanıldı
Türkiyənin Trabzon bölgəsində fahişəliklə məşğul olan yeddi qadın saxlanılıb. “Beyazgazete” xəbər verir ki, onlardan üçü Azərbaycan, üçü Türkiyə, biri isə Gürcü...